Əliyev, Putin və Paşinyan üç il əvvəl… – Lavrov xatırlatdı

Əliyev, Putin və Paşinyan üç il əvvəl... - Lavrov xatırlatdı

“Moskva Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanan üçtərəfli sazişləri regiondakı mövcud vəziyyət fonunda aktual hesab edir”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdə deyib.

Lavrov Moskvanın Bakı və İrəvan arasındakı sülh danışıqlarına dəstək verməyə hazır olduğunu bildirib:

“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlərdə normallaşması, 2020 və 2022-ci illərdə üç ölkənin liderləri arasında imzalanan razılaşmaların inkişaf etdirilməsi üçün lazımı dəstəyi verməyə hazırıq. Ermənistan Rusiyanın strateji tərəfdaşı və müttəfiqidir. Moskva erməni xalqı ilə qardaşlıq əlaqələri hər zaman yüksək qiymətləndirib”.

Əliyar Xəlil
Globalinfo.az