tufeng 0

Avqustun 12-də Laçın rayonunda qətl hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Səfər Quliyev ov tüfəngi ilə öldürülüb.

Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Araşdırmalar aparılır.

***

Qafqazinfo-nun məlumatına görə, Laçında qətlə yetirilən Səfər Quliyev bölgədə müğənni kimi tanınırmış.

S.Quliyevin qardaşı Xasay Quliyevlə birlikdə doğulduqları Fingə kəndinə arı saxlamaq üçün getdikləri deyilir. Mübahisə elə əldə edilən bal məhsulu üstündə yaranıb.

yet

Paylaş: