Növbəti köç karvanı Laçında: mənzillərin açarları təqdim edildi – YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən Laçına yola salınan məcburi köçkünlərin rəsmi qarşılanma mərasimi olub.

Globalinfo.az xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanlara evlərin açarları təqdim edilib.

Qeyd edək ki, bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə 431 ailənin (1627 nəfər) köçürülməsi təmin edilib.

***16:56

Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola salınan 23 ailə (72 nəfər) Laçın şəhərinə çatıb.

Globalinfo.az xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Bununla da Laçın şəhərinə köçən ailələrin sayı 431-ə (1627 nəfər) çatıb.

***08:56

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 1627 nəfər olmaqla, 431 ailənin daimi məskunlaşması təmin edilib.

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb - YENİLƏNİB - FOTO

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb - YENİLƏNİB - FOTO

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb - YENİLƏNİB - FOTO

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb - YENİLƏNİB - FOTO