
Kreml Trampın Ukrayna ilə bağlı sülh planının məzmunu ilə tanış deyil.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Onu heç kim ictimaiyyətə açıqlamayacaq”, – Peskov bildirib.
Qeyd edək ki, daha əvvəl “New York Post” ABŞ Prezidentinin sülh planına Ukraynada Avropa hərbçilərinin yerləşdirilməsinin daxil olduğunu açıqlamışdı. Nəşrin sözlərinə görə, bundan başqa, atəşkəsə nəzarət üçün əlavə sülhməramlı qüvvələrin də yerləşdirilməsi nəzərdə tutulurdu.
Aysel Əliyeva
Globalinfo.az