Koronavirusun yeni ştamı kimlər üçün təhlükəlidir?

“Omikron”un yeni subvariantı olan “pirola” koronavirus ştammına görə risk qrupuna yaşlılar, immun sistemi zəifləyənlər və xroniki xəstəlikləri olanlar daxildir.

Globalinfo.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq və epidemioloq Mixail Kostinov deyib.

İmmunoloq bildirib ki, 60 yaşdan yuxarı insanların risk qrupuna daxildir:

Sinir sistemi, ürək-damar sistemi, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, metabolik xəstəliklər, şəkərli diabet və s risk qrupudur.

O, vaksinasiyada yaşlılardan sonra tibb işçilərininprioritetdə olduğunu bildirib:

“Çünki onlar pasiyentlərlə işləyirlər”, – deyə Kostinov vurğulayıb.

Virusun əlamətləri temperatur, boğaz ağrısı, yüksək dərəcədə halsızlıq, burun axıntısı, əzələ ağrılarıdır.