Koronavirusun yeni simptomları aşkar edildi

Böyük Britaniyada alimlər koronavirus infeksiyasının JN variantının iki yeni simptomunu aşkar ediblər.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ, İslandiya, Fransa, Portuqaliya və İspaniyada, İngiltərədə olduğu kimi, JN.1 variantına yoluxma hallarında artım müşahidə olunub.

Milli Statistika İdarəsi bildirib ki, əvvəllər yoluxmuş şəxslərdən məlum olan simptomlara bu tip xəstəlik üçün atipik daha iki əlamət əlavə edilib. Belə ki, şöbədən verilən məlumata görə, xəstələrdə burun axması, halsızlıq, öskürək və baş ağrıları ilə yanaşı, yuxusuzluq və narahatlıq da müşahidə olunur.