Koronavirusla bağlı son durum: ölən və yoluxanlar var

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 4 nəfər sağalıb, 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 947 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 652 nəfər müalicə olunaraq sağalıb, hazırda 12 aktiv xəstə var. Bu günə qədər 10 283 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 337, bu günə qədər isə ümumilikdə 7 644 015 test icra olunub.

Son sutkada 86 vaksin vurulub. İndiyədək vurulan vaksinlərin sayı isə 13 967 069-dur.