Koronavirusla bağlı ŞOK İDDİA: “Bu iki ölkə günahkardır”

Çinin Uhan şəhərindəki laboratoriyada çalışan amerikalı alim Endryu Huff koronavirus infeksiyasının süni şəkildə yaradıldığını bildirib.

Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Sun” qəzeti məlumat yayıb.

Bu versiya tədqiqatçının “Uhan haqqında həqiqət” adlı kitabında yer alıb.

Epidemioloq Çində keyfiyyətsiz biotəhlükəsizlikdən istifadə edərək aparılan təcrübələrin ABŞ tərəfindən maliyyələşdirilən Uhan Virusologiya İnstitutunun laboratoriyasından sızma ilə nəticələndiyini qeyd edib.

Onun sözlərinə görə, “Çin ilk gündən bunun genetik olaraq hazırlanmış bir virus olduğunu bilirdi”.

“Təhlükəli biotexnologiyanın çinlilərə ötürülməsində ABŞ hökuməti günahkardır”, – deyə ekspert əlavə edib.

Alimin sözlərinə görə, ən sarsıdıcısı odur ki, iddia edilən Amerika səlahiyyətliləri dünyaya yalan danışıb.