Koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 2 nəfər sağalıb.

Vəfat edən olmayıb.

Eyni zamanda ölkədə son sutka ərzində 40 nəfər vaksinasiya olunub.