Koronavirusa minimum yoluxma: neçə nəfər peyvənd olundu?

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 948 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 655 nəfər müalicə olunaraq sağalıb, 10 283 nəfər vəfat edib, aktiv xəstə sayı 10 nəfərdir.

Ölkədə son sutka ərzində 469, hazırkı dövrədək isə 7 644 484 test aparılıb.

Azərbaycanda son sutkada 1 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 159 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 967 228, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 327, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 102, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 502, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 297 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb