13 saylı uşaq poliklinikasının baş həkimi təqaüdə göndərilib.
Globalinfo.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, əməkdar həkim Xudiyeva Sədaqət Yusif qızı yaş həddinə görə təqaüdə göndərilib.
Onun yerinə isə həkim Aidə Axundova təyin edilib.
Qeyd edək ki, pasiyentləri və həkim kollektivi Sədaqət Xudiyeva onu ağlayaraq və alqışlarla yola salıblar.