Klaar bu sözdən istifadə etdi, ermənilər qəzəbləndi

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar növbəti dəfə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən bəhs edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Klaar sosial şəbəkə hesabında yazıb.

O, paylaşımında qazla bağlı ötən gün baş verən məqamı vurğulayıb. Klaar Qarabağdakı ermənilərlə Azərbaycan arasında dialoqun başlanmasının vacibliyini qeyd edib.

“Aİ Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Brüsseldə keçiriləcək üçtərəfli görüşü səbirsizliklə gözləyir”, – o yazıb.

Qeyd edək ki, T.Klaar mövzu ilə bağlı “Stepanakert/Xankəndi” ifadəsindən istifadə edib. Onun “Xankəndi” sözündən istifadə etməsi erməniləri qəzəbləndirib.