Yanvarın 1-də Ukrayna paytaxtına dron hücumu olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
“Səhər saatlarında Rusiya PUA-larının hücumuna məruz qalan Peçersk rayonunda ziyan dəymiş yaşayış binasında dağıntıların təmizlənməsi zamanı həlak olmuş qadının meyiti aşkar edilib”, – məlumatda qeyd ounub.
Məlumata görə, xəsarət alanlar arasında iki hamilə qadın olub.
Qeyd olunur ki, yanvarın 1-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə hücum zamanı 111 PUA-dan istifadə edib və hava hücumundan müdafiə sistemləri onların böyük hissəsini zərərsizləşdirib.