
Kiyevin Şevçenko rayon məhkəməsinin binasında partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, partlayışı törədən İqor Qumenyuk ölüb.
Ölkənin daxili işlər naziri İqor Klimenko da məlumatı təsdiqləyib.
“Bu gün keçirilən məhkəmə iclası zamanı Qumenyuk partlayıcı qurğu atıb, özü həlak olub. İki nəfər hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb”, – nazir bildirib.
Qeyd edək ki, partlayışı 2015-ci ildə 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib.
***
Ukraynanın paytaxtı Kiyevdəki Şevçenko məhkəməsindəki partlayışdan sonra baş verənlərin yer aldığı xüsusi əməliyyatın ilk kadrları yayılıb.
Globalinfo.az həmin görüntüləri təqdim edir: