“Kiyev Rusiya şəhəridir, amma hazırda ölkəmizin təhlükəsizliyinə təhdid də məhz o şəhərdən gəlir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “RİA Novosti”yə müsahibəsində deyib.
Medvedev Rusiyanın birbaşa Kiyevi hədəf ala biləcəyini qeyd edib:
“Rusiyanın mövcudluğuna təhlükə oradan gəlir. Buna görə də Moskva indi deyilsə də, münaqişənin başqa mərhələsində birbaşa o şəhəri hədəf ala bilər. Hazırda Kiyevə Rusiya əleyhdarları nəzarət edirlər. Lakin biz Odessanı da gözləyirik, çünki o da tarixi rus şəhəridir. Odessa, evə, vətənə qayıt”.
Ayşən Mustafa
Globalinfo.az