veteran pulu

İstiqlalçı millət vəkili, iqtisadçı Vahid Əhmədov Globalinfo.az-ın qonağı olub.

O, jurnalistin “Müharibə veteranları üçün nəzərdə tutulan ödənişlər də cəmiyyətin gündəmindədir. Sizcə, veteranların sosial təminatını gücləndirmək üçün mövcud ödənişlər artırılmalıdırmı?” sualını cavablandırarkən bunları deyib:

“80 manatlıq ödənişin artırılması mümkündür. Mən Milli Məclisdə olduğum dövrdə də bu məsələyə mütəmadi olaraq toxunmuşam. Mətbuatda da dəfələrlə fikrimi bildirmişəm. Ümumiyyətlə, qələbəni bizə qazandıran veteranlar, şəhidlər və qazilərdir. Ona görə də onların qayğısına qalmalı, sosial təminatlarını gücləndirməliyik. 80 manatlıq ödəniş məsələsinə mütləq yenidən baxılmalı və bu məbləğ artırılmalıdır

80 manatlıq ödəniş yalnız qazilərə aid deyil, veteranlara, yəni müharibə iştirakçılarına da verilir. Qazilər isə daha yüksək məbləğdə ödəniş alırlar. Onların sayı da çoxdur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: