9793a81c ae93 3e6c 9181 fde660801e78

Ukraynanın paytaxtı Kiyevin mərkəzində aksiya keçirilib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, aksiya iştirakçılarının əksəriyyəti müharibə müddətində itkin və əsir düşən hərbçilərin valideynləri və ailələridir. Onlar beynəlxalq təşkilatlardan və hökumətdən yaxınlarının tapılmasını və ya azad olunmasını tələb və xahiş ediblər.

Əsasən Kiyev sakinlərindən ibarət olan aksiyaçılara, bölgələrdən də qatılanlar var.

Polis aksiyaçıları müşayiət edib. İştirakçılar Kiyevin mərkəzi Maydana toplaşıblar. Etirazçılar bildiriblər ki, aksiyaları növbəti günlərdə də davam etdirəcəklər.

Paylaş: