KİV: İsrail “Hizbullah” komandirini ələ keçirib

672671149d97c672671149d97d1730572564672671149d97a672671149d97b

İsrailin dəniz piyadaları Livanın şimalında, İsrail sərhədindən 140 km aralıda “Hizbullah” hərəkatının komandirini ələ keçirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “N12” telekanalı İsrail hərbçilərinin nümayəndəsinə istinadən məlumat yayıb.

Telekanal bildirir ki, əsir götürülən “Hizbullah” komandiri dindirilmək üçün İsrail hərbi kəşfiyyatının 504-cü bölməsinə aparılıb.

“Ynet” portalının məlumatına görə, İsrail Hərbi Dəniz Qüvvələrinin “Şayetet-13” əməliyyatı zamanı ələ keçirilən şəxs İmad Amhazdır.

“The Times of Israel” isə yazır ki, o, “Hizbullah” hərəkatının dəniz qüvvələrində aparıcı vəzifələrdən birini tutub.