“Yaxın Şərq uçurumun kənarındadır, İran isə…” – Berbok

Almaniya İsraili beynəlxalq hüquqa hörmət etməyə çağırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

O ümid edir ki, İsrail hakimiyyəti İranın hücumuna cavab verərəkən beynəlxalq hüquqa riayət edəcək.

“Özünümüdafiə hüququ hücumdan qorunmaq deməkdir. Qisas beynəlxalq hüququn kateqoriyası deyil”, – Berbok vurğulayıb.

Onun sözlərinə görə, İran İsrailə qarşı genişmiqyaslı hücumu ilə bütün Yaxın Şərqi uçurumun kənarına sürükləyib. Eyni zamanda bu gərginlik göstərdi ki, İranın təhlükəli davranışlarının qarşısını almaq üçün bölgə İsraili dəstəkləyir. İran isə təcrid olunub.

Əliyar Xəlil
Globalinfo.az