Kəmaləddin Heydərov generala vəzifə verdi

Kəmaləddin Heydərov generala vəzifə verdi

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyevə yeni vəzifə verilib.

Globalinfo.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Rəfail Mehdiyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini təyin edilib.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Rəfail Mehdiyev məlumatı təsdiqləyib. O deyib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini vəzifəsindən öz ərizəsi ilə çıxıb.