WhatsApp Image 2024 10 20 at 15

Rusiya Silahlı Qüvvələri qondarma Donetsk Xalq Respublikasının Ukrayna nəzarətində qalan Seversk şəhərinə daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Z əməliyyatı: Rusiya baharının müharibə müxbirləri” teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, rus hərbçiləri artıq şəhərin mərkəzinə yaxın ərazilərdə yerləşiblər.

Hərbi bloger Yuri Podolyaka daha əvvəl şəhərə hücumun başladığını təsdiqləyib, lakin təfərrüatlar paylaşmayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: