Türkiyədə hücum edilən kilsəyə bayraq asıldı – FOTO

Türkiyənin İstanbul şəhərində yerləşən italyan kilsəsi “Santa Maria”ya silahlı hücumdan sonra burada ay-ulduzlu bayraq asılıb. 

Globalinfo.az xəbər verir ki, bir nəfərin ölümü ilə nəticələnən hücumdan sonra kilsənin girişinə böyük ölçülü Türkiyə bayrağının asılması diqqət çəkib.

Qeyd edək ki, yanvarın 28-də İstanbulda Sarıyer adlanan ərazidə yerləşən “Santa Mariya” kilsəsinə xristian ayini zamanı hücum olub. İki maskalı şəxsin iştirakı ilə törədilən hücumda bir nəfər ölüb.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan hücumu kəskin pisləyib.

Əliyar Xəlil
Globalinfo.az