Ərdoğan kilsəyə hücumdan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Santa Maria” italyan kilsəsində baş verən hücumla bağlı Sarıyer valisi Ömər Kalaylı, “Santa Maria” kilsəsinin keşişi Anton Bulai və Polşanın İstanbuldakı baş konsulu Vitold Lesniak ilə telefon danışığı aparıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “A haber” telekanalı məlumat yayıb.

O, İstanbulda katolik kilsəsində iki maskalı silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib.

“Cəmiyyətə başsağlığı verirəm. Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri tez bir zamanda- 24 saat ərzində tapıb saxlayacağıq”, – o qeyd edib.