Türkiyədə kilsəyə silahlı hücum: 47 nəfər saxlanıldı – VİDEO

İstanbulda kilsədə baş verən atışmadan sonra 40-dan çox şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə polisi yanvarın 28-də kilsədə baş verən atışmada şübhəli bilinən 47 nəfəri saxlayıb.

“Kilsəyə silahlı basqınla bağlı istintaq çərçivəsində 30 ünvanda əməliyyat keçirilib, İŞİD-lə əlaqəsi ola bilən bir Rusiya və bir Tacikistan vətəndaşı da daxil olmaqla 47 nəfər saxlanılıb”, – deyə bildirilib.

***00:17

Bu səhər “Santa Mariya” kilsəsində bazar ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızın ölümünə səbəb olan iki qatil yaxalanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib.

***

Türkiyənin İstanbul şəhərində katolik kilsəsinə silahlı hücumu törədənlərdən biri saxlanılıb.

“Sarıyerdəki “Santa Mariya” kilsəsində bir nəfərin ölümü ilə nəticələnən silahlı hücumla bağlı İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən bir nəfər saxlanılıb”, – deyə məlumatda bildirilib.

Onun şəxsiyyəti açıqlanmayıb.

***14:07

Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

O bildirib ki, maskalı şəxslər ayin zamanı C.T. adlı bir nəfəri güllələyərək qətlə yetirib.

Cinayətkarlar tutulması istiqamətində əməliyyat başladılıb.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib.