İtaliya ingilis dilinə qadağa qoyur

İtaliyada rəsmi yazışmalarda ingilis dilindəki sözlərdən istifadə qadağan oluna bilər.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı hökumət qanun layihəsi hazırlayıb.

Sənəddə qanunu pozanların 5 min avrodan 100 min avroyadək cərimələnməsi nəzərdə tutulur.

Qeyd edək ki, İtaliyada iqtidarda olan İtaliya Qardaşları Partiyası Mussolinidən sonra hakimiyyətə gələn ilk ifrat sağcı hökumət hesab olunur.