İstanbul boğazı açıldı: 300-dən çox gəmi… – YENİLƏNİB

İstanbul boğazlarında hər iki istiqamətdə dayandırılan gəmilərin hərəkəti artıq bərpa edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin saytında məlumat yayılıb.

***

İstanbul boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb.

Bildirib ki, boğaz qatı duman səbəbindən bağlanılıb.

Qeyd edilir ki, hazırda boğazı keçmək üçün növbədə 301 gəmi var.

Hava şəraitinin yaxşılaşmasından sonra hərəkətin bərpa olunacağı bildirilib.

Globalinfo.az