
“İran raketlərlə İsrailin Təl-Əviv, Aşkelon və Hayfa şəhərlərindəki hədəfləri vurub”.
Globalinfo.az xəbər verir ki, İran dövlət televiziyası məlumat yayıb.
“İsrail ordusu İrandan atılan raketləri aşkarladığını bildirib. Ölkədə hava hücumu xəbərdarlığı elan edilib. İsrail Hərbi Hava Qüvvələri raketləri ələ keçirməyə başlayıb”, – deyə bildirilib.
Qeyd edək ki, ötən gecə İranın İsrail şəhərlərinə zərbələr endirərkən ballistik və hipersəs raketlərindən istifadə etdiyi bildirilib.
Əliyar Xəlil
Globalinfo.az