İsrail və Livan arasında birbaşa danışıqlar gələn həftə Vaşinqtonda ABŞ Dövlət Departamentində başlayacaq.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Axios” portalının əməkdaşı Barak Ravid öz “X” hesabında məlumat verib.
Ravid danışıqlarda iştirak edəcək nümayəndə heyətlərinin rəhbərlərinin adlarını da çəkib.
Bildirib ki, danışıqlarda ABŞ-ı ölkənin Livandakı səfiri Mişel İssa, İsraili Vaşinqtondakı diplomatik missiyanın rəhbəri Yehiel Leiter, Livanı isə Vaşinqtondakı səfiri Nada Hamadeh-Moavad təmsil edəcək.