gfNvP9iz

İsrailin BMT-dəki səfiri Gilad Erdan ABŞ universitetlərdə fələstinlilərlə həmrəylik nümayiş etdirən və Təl-Əvivə etiraz edən tələbələri hədəf alıb.

Globalinfo.az xəbər verir ki, Erdan ABŞ universitetlərində Fələstinə dəstək nümayiş etdirən etirazçıları Həmas üzvləri kimi xarakterizə edib və onları günahlandırıb.

Biz HƏMAS-ın universitetlərdə gizləndiyini hər zaman bilirdik. Amma onların sadəcə Qəzzadakı məktəblərdə olmadığını indi öyrəndik. Onlar “Harvard”, “kolumbiya” və digər unuversitetlərdə də kök salıblar”, – deyə  Erdan vurğulayıb.

Qəzzada baş verənlərin bitməsini istəyən və  buna görə də İsrail səfirinin qəzəbinə tuş gələn kütlə isə Erdanın fikirlərini, “Bacarsa Harvardı bombalayardı” kimi xarakterizə edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: