İsrail Qəzzada evə zərbə endirdi: ölənlərin sayı 45 nəfərə çatdı

İsrail ordusu Qəzza zolağının mərkəzində yaşayış binasına zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumatda qeyd edilib ki, zərbə nəticəsində 45 nəfər həlak olub, onlarla insan yaralanıb.

“Bu gün Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərində Əbu Mesbeh ailəsinə məxsus yaşayış binasına edilən zərbələr nəticəsində 45 nəfər həlak olub, onlarla insan yaralanıb”.