İsrailin Livanın cənubuna hava hücumu nəticəsində bir BMT sülhməramlısı həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Livanın Səhiyyə Nazirliyi İsrailin cənub sahilindəki Naqoura qəsəbəsini atəşə tutduğunu, nəticədə iki nəfərin öldüyünü təsdiqləyib.
BMT-nin sülhməramlı missiyası qurbanlardan birinin agentliyin əməkdaşı olduğunu və müqavilə ilə işlədiyini açıqlayıb.
Təşkilat mülki şəxslərə qarşı həyata keçirilən hücumları beynəlxalq humanitar hüququn pozulması kimi dəyərləndirib.
Müşviq tofiqoğlu
Globalinfo.az