İsrail Həsən Nəsrullahın mühafizəçisini öldürdü – Hizbullah açıqlama yaydı

İsrail Həsən Nəsrullahın mühafizəçisini öldürdü - Hizbullah açıqlama yaydı

“Hizbullah liderinin keçmiş mühafizəçisi İsrailin zərbəsi nəticəsində Suriyada öldürülüb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Suriya və Livan mediası məlumat yayıb.

Məlumata görə, “Hizbullah”ın baş katibi Seyid Həsən Nəsrullahın keçmiş mühafizəçisi və “Əl-Həcc” hərəkatının hazırkı üzvü Əbu Əl-Fədl Kərnabş İsrailin Suriyaya endirdiyi hava hücumunda öldürülüb.

Livan mediasının məlumatına görə, Əbu Əl-Fədl Karnabşın avtomobili Dəməşq-Beyrut yolundadakı Yafur keçid məntəqəsi yaxınlığında vurulub.

Hizbullah isə bildirib ki, ölən şəxs Həsən Nəsrullahın müzafizəçisi deyil. Yaser Nimr Karnabş adlı döyüşçü başqa şəxsdir və o, İsrailin zərbəsi nəticəsində öldürülüb.

Müşviq Tofiqoğlu
Globalinfo.az