Katz: “Bu, BMT üçün silinməz ləkədir”

İsrail BMT-ni HƏMAS-la əməkdaşlıqda ittiham edib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə İsrailin xarici işlər naziri İsrael Katz çıxış edib.

Buna səbəb BMT-nin İnsan Haqları Şurasının təyin etdiyi ekspertlər qrupunun İsrailə silah embarqosunu tövsiyə etməsidir.

Ona görə də İsrael Katz BMT-nin HƏMAS-la əməkdaşlıq etdiyini və İsrailin özünü müdafiə hüququnu pozmağa çalışdığını vurğulayıb.

Katz əlavə edib ki, HƏMAS-ın törətdiyi cinayətlərə məhəl qoymamaq BMT və onun Baş katibi Antonio Quterreş üçün silinməz ləkədir.

Məlumat üçün bildirək ki, fevralın 23-də BMT-nin hüquq və azadlıqlar sahəsində 30-dan çox eksperti İsrail və HƏMAS-a silah tədarükünün dayandırılmasının lehinə çıxış edib. Bəyanatı BMT-nin Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanese və 30 həmkarı imzalayıb.

Əliyar Xəlil
Globalinfo.az