7cd7aa54 13ea 3373 ad3b e448a8368540 850

İspaniyanın Baş naziri Pedro Sançes bazar günü koronavirusa yoluxduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Sançes tviter səhifəsində yazıb.

“Bu səhər mən COVID-19 üçün müsbət (test nəticəsi) aldım”, – baş nazir yazıb.

Bununla əlaqədar o, bazar gününə planlaşdırılan tədbirdə iştirakını ləğv edib.

“Mən bütün mümkün ehtiyat tədbirləri alaraq işimi davam etdirəcəm”, – hökumət başçısı bildirib.

Paylaş: