İŞİD Suriyada 50-dən çox insanı öldürdü

Suriyanın Homs əyalətində İŞİD terror qruplaşmasının hücumu zamanı 50-dən çox insan həlak olub.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Əl-Əxbariyyə telekanalı məlumat yayıb.

Bildirilib ki, İŞİD terrorçularının Homs vilayətinin şərqindəki Əl-Suxna şəhərinin cənub-şərqində həyata keçirdikləri hücum nəticəsində 50-dən çox insan ölüb.

Suriyanın Radio və Televiziya Baş İdarəsi isə 53 insanın öldürüldüyünü açıqlayıb.