İrəvanın yeni müttəfiqləri: Bu ölkələrdən silah göndərilir


“Ermənistan Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etmir, lakin Avropa İttifaqı ilə əlaqələrin qurulması istiqamətində müzakirələr aparır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində deyib.

Baş nazir Ermənistanın Rusiya ilə yanaşı digər ölkələrlə də təhlükəsizlik məsələləri üzrə danışıqlar apardığını bildirib:

“Biz Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı rədd etdiyimizi deməmişik. Sadəcə bu istiqamətdə əlaqələrimizi şaxələndirmək fikrində olduğumuzu söyləmişik. Bu isə Rusiya ilə əməkdaşlığı dayandırmaq mənasına gəlmir.

Ermənistan təhlükəsizlik sahəsində Avropa İttifaqı ilə müzakirələr aparır. Böyük ölçüdə Fransa, Hindistan, İran, ABŞ-la danışıqlar gedir, iş görülür. Bu ölkələrlə əlaqələrimiz Rusiyaya qarşı deyil. Sadəcə əvvəlki təhlükəsizlik əlaqələrinin bizim ehtiyaclarımızı qarşılamadığının göstəricisidir”.

Ayşən Mustafa
Globalinfo.az