Edmon Marukyan 1024x592 1

“Azərbaycanın COP29-a hazırlaşdığı dönəmdə hər hansı hərbi əməliyyatın olması ehtimalı çox aşağıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə eks-səfiri Edmon Marukyan deyib.

O qeyd edib ki, sülh müqaviləsinin imzalanması ehtimalı da azdır:

“Biz sülhün ən azından erməni tərəfini qane edəcək səviyyədə imzalanması şansını əldən vermişik. Əvvəllər Azərbaycan Ermənistanla nəyisə müzakirə etməkdə maraqlı idi, çünki İrəvanın əlində Qarabağda yaşayan ermənilər kimi bir “alət” var. Bu “alət” artıq yoxdur, ona görə də Azərbaycana heç nə maraqlı deyil.

Ermənistanın əlində qalan son “alət” Azərbaycanın tələb etdiyi dəhlizdir. İndi Azərbaycan bütün fəaliyyətini bu “alət”i Ermənistandan almağa yönəldib. Onun isə necə həll olunacağını hələlik heç kim bilmir. Çox şey müəyyən geosiyasi proseslərin gedişindən asılı olacaq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: