İrəvandan Kərki kəndi ilə bağlı gözlənilməz QƏRAR

“Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün 390 yaşayış məntəqəsinin siyahısını təsdiqləyib”.

Globalinfo.az xəbər verir ki, bunu “Ölkə üçün Həyat” partiyasının həmtəsisçisi Mesrop Arakelyan yazıb.

O bildirib ki, Kərki kəndi istisna olmaqla, siyahıya bütün sərhədyanı yaşayış məntəqələri daxil edilib.

“Görünür, hökumət bu qərarla Tiqranaşenin (Kərki – red.) təhvil verilməsi prosesinə başlayır”, – M.Arakelyan iddia edib.

Qeyd edək ki, Ermənistan Naxçıvanın Kərki kəndini 1990-cı ildən işğalda saxlayır.

Əliyar Xəlil
Globalinfo.az