İraqın Nümayəndələr Şurasında (parlament) prezident seçkiləri 2026-cı il yanvarın 27-də keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə İraq parlamentinin sədri Heybət əl-Halbusi məlumat verib.
Bildirilib ki, dövlət başçısı postu uğrunda mübarizə aparacaq şəxslərin yekun siyahısında 19 nəfərin adı var.
“Onların arasında namizədliyini müstəqil şəkildə irəli sürən hazırkı Prezident Əbdüllətif Rəşid və Kürdüstan Demokratik Partiyasının (KDP) dəstəklədiyi hazırkı xarici işlər naziri Fuad Hüseyn də yer alır” – deyə İNA agentliyi qeyd edib.