irann aknarkum e or hayastany n304840 1

“İranlılar Rusiya hərbçilərinin Ermənistan-İran sərhədindən çəkilməsini təmkinli şərh edirlər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş deputatı Arman Abovyan deyib.

O, ortaya müxtəlif sualların çıxdığını bildirib:

“Qərb missiyasının Ermənistan tərəfdən keçid məntəqəsinə nəzarət etməsi səmimi görünürmü? Bu kontekstdə iranlılar incə şəkildə eyham vururlar ki, amerikalılar və ya avropalılar keçid məntəqəsinə gəlsə, İran Ermənistanı özünə təhlükə hesab edəcək.

Xatırladım ki, İran İsraillə müharibə aparır və ABŞ-ı (İsrailin əsas müttəfiqi) bu qarşıdurmanın potensial rəqibi hesab edir”.

Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaq, onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcək.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: