İranın Ermənistandakı səfiri: “Müharibə məhvə aparır”

“Müharibə ancaq məhvə aparır, problemli məsələlər qarşılıqlı anlaşma əsasında həll edilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

O bildirib ki, İran Ermənistanla Azərbaycan arasındakı problemlərin dialoq yolu ilə həll ediləcəyinə ümid bəsləyir.

“Ümid edirik ki, yaranmış problemlər dialoq və qarşılıqlı anlaşma əsasında həll olunacaq. Ermənistanla Azərbaycan arasında birbaşa əlaqə və dialoq var. Müharibə heç vaxt heç bir məsələnin həlli yolu olmayıb. Müharibə yalnız hər şeyin məhv edilməsinə gətirib çıxarır”, – Sobhani vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az