Iran 5 1536x982 1 900x575 1

İran parlamentinin üzvü Mahmud Nəbəviyan ölkəsinin nüvə məsələsi ilə bağlı danışıqlarda ciddi səhvə yol verdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, dövlətə məxsus SNN telekanalına müsahibəsində danışıb.

Nəbəviyan bildirib ki, İran Pakistanla aparılan danışıqlarda nüvə məsələsinin müzakirəyə çıxarılması ilə strateji səhv edib. Onun sözlərinə görə, bu addım ABŞ-ı daha cəsarətli davranmağa və əlavə tələblər irəli sürməyə sürükləyib:

“Danışıqlar zamanı nüvə məsələsini gündəmə gətirməməli idik. Bu, qarşı tərəfi daha da ruhlandırdı. ABŞ İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarının 20 il müddətinə bloklanmasını istəyib. Lakin Tehran bu tələbləri qəbul etməyib”, – deyə Nəbəviyan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: