İranın daha bir generalı öldürüldü

İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Davud Cəfəri Suriyanın Dəməşq şəhərinin yaxınlığında yol kənarında quraşdırılmış bombanın partlaması nəticəsində həlak olub.

Globalinfo.az bildirir ki, bu barədə SEPAH məlumat yayıb.

Onun SEPAH-ın Aerokosmik Qüvvələrinin əməkdaşlarından olduğu bildirilib.

İran generalın ölümünə görə İsraili ittiham edib.

Aqşin
Globalinfo.az