XIN 1

“Hazırda Azərbaycanın İrandakı səfirinin geri çağırılması ilə bağlı heç bir məlumat yoxdur”.

Bu barədə Globalinfo.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Belə bir addım nəzərdə tutulmayıb. Nəsə yenilik olarsa, XİN açıqlama yayacaq. Dediyimiz kimi, gündəmdə səfirin geri çağırılması məsələsi yoxdur. Hələ araşdırılma aparılır, nəticəni gözləyək”.

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində bir nəfər şəhid olub, iki nəfər yaralanıb.

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: