İranda tibb işçisi faciəvi şəkildə qətlə yetirildi – FOTO

İranda tibb işçisi faciəvi şəkildə qətlə yetirildi - FOTO

İranda tibb işçisi İsmayıl Dehqani repressiv qüvvələr tərəfindən öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, Dehqaninin avtomobili rejim qüvvələri tərəfindən saxlanılıb. Onların aralarında münaqişə yaranıb, bundan sonra hüquq-mühafizə orqanının əməkdaşı tibb işçisini başından güllələyib.

Məlumatda o da qeyd olunur ki, Kaşandakı Beheşti Xəstəxanasının Təcili Yardım şöbəsində çalışan gənc iki ay öncə evlənibmiş.