İranda iki ölkənin səfiri XİN-ə çağırıldı – SƏBƏB

İsveç və Danimarkanın Tehrandakı səfirləri Quranın yandırılması ilə bağlı silsilə aksiyalarla əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, İran XİN rəhbəri səfirlərin hər biri ilə ayrıca görüş keçirib və Qurani-Kərimin təkrar yandırılması olaylarını kəskin tənqid edib.

Diplomat qeyd edib ki, bu hadisələrə görə, Danimarka və İsveç tam məsuliyyət daşıyır.