İranda azərbaycanlıların həbsi təsdiqləndi

İran parlamentinin deputatı Əhməd Naderi terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində həbs olunmasına reaksiya verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, deputat terrorçu qruplaşmanın rəhbərlərinin həbsini düzgün hesab etməyib.

“Bu, milli maraqlara ziddir”, – o bildirib.

Qeyd edək ki, İrana bağlı terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində həbs olunmasına dair məlumat yayılıb.