İranlı nazirdən Azərbaycan açıqlaması: “Etiraf edirik…”

“Biz qəbul edirik ki, səfirliklərin təhlükəsizliyi ev sahibi ölkənin üzərinə düşür”.

Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşündən danışıb:

“Azərbaycana səfərim zamanı Cənab İlham Əliyevlə görüşdüm. Birlikdə müxtəlif mövzuları müzakirə etdik. Azərbaycanın Tehrandakı səfirliyində baş verənlər tamamilə şəxsi məsələ idi. Lakin biz qəbul edirik ki, səfirliklərin təhlükəsizliyi ev sahibi ölkənin üzərinə düşür. Mən Azərbaycan Prezidentinə bildirdim ki, bizim də diplomatlarımız başqa ölkələrdə şəhid olublar”.

“Ekspertiza heyətimiz Azərbaycana yola düşüb. Bizə ətraflı araşdırma lazım idi və məhkəmə nümayəndələri bu işi yerinə yetirib. Ümid edirik ki, tezliklə məsələ ilə bağlı məhkəmə hökm çıxaracaq. Məhkəmə sistemimiz prosesi həssaslıqla izləyir, ədalətli hökm də bu sistemin əməl etdiyi əsas amillərdən biridir. Təbii ki, bizim qərarımızdan sonra Bakı ilə münasibətlərdə növbəti addım atılacaq”, – İran XİN başçısı bildirib.

Ayşən Mustafa
Globalinfo.az