İran və ABŞ razılığa gəldi

İran və ABŞ məhbusların mübadiləsinə dair razılığa gəlib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan yerli mediaya müsahibəsində bildirib.

Nazir bildirib ki, ötən ilin mart ayından etibarən ABŞ ilə aparılan müzakirə nəticəsində məhbusların qarşılıqlı ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

“Yaxın günlərdə ABŞ texniki məsələləri həll etsə, razılaşma həyata keçiriləcək.

İran tərəfi bu razılaşmanı humanitar addım kimi qiymətləndirir”, – nazir əlavə edib.