İran Təbrizlə Ermənistanın paytaxtı İrəvanı birləşdirəcək yolun tikintisini sürətləndirib.
Globalinfo.az xəbər verir ki, İranın Şərqi Azərbaycan vilayətinin yollar və şəhərsalma üzrə baş direktoru Seyid Əhməd Musəvi bu yolun həm də Avrasiyanı Vərzəqan-Norduz ərazisi ilə birləşdirəcəyini deyib
Onun sözlərinə görə, İranın şimal-qərbində Xace-Varzaqan avtomobil yolu layihəsi hazırlanır və onun bir hissəsi yaxın vaxtlarda istifadəyə veriləcək:
“Bu yol Şərqi Azərbaycan vilayətinin ən mühüm layihələrindən biridir. Layihə ötən illərdə 5 hissəli şəkildə hazırlanıb. Birinci hissənin dönüş zolağı istismara tam hazırdır”.
Əliyar Xəlil
Globalinfo.az